Ərlə arvadı döyərək qarət edənlərdən biri də tutuldu

Ərlə arvadı döyərək qarət edənlərdən biri də tutuldu
  11 Oktyabr 2018    Oxunub:2914
Oktyabrın 7-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Şərifli küçəsindəki evlərin birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini R.Sadıqovu və onun arvadını döyüb, içərisində 25.000 manat olan bağlamanı qadından alıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, bu zaman R.Sadıqov onlardan birini saxlayıb və polis əməkdaşlarına təhvil verib. Digər şəxs isə pulla birgə qaçıb aradan çıxıb.

Nizami RPİ-nin 25-ci Polis Şöbəsində aparılan araşdırmalarla quldurluğu törətməkdə şübhəli bilinərək saxlanılan şəxsin Bakı şəhər sakini Balağa Nuriyev olduğu müəyyən edilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun digər üzvü də qısa müddətdə müəyyən edilib. Beyləqan rayon sakini Faiq Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Həbs  





Xəbər lenti