Prezident Qubada tingçilik müəssisəsi ilə tanış olub

  11 Oktyabr 2018    Oxunub : 497
Prezident Qubada tingçilik müəssisəsi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olublar.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı və xanımı elmi-tədqiqat institutunun əsaslı təmin olunmuş binasında yaradılan şəraitlə maraqlanıblar.

Qeyd edək ki, Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlətimizin başçısına məlumat verib.















AzVision.az

Teqlər: Prezident   İlham-Əliyev