Ermənistan XİN-ə yeni mətbuat katibi təyin olunub

Ermənistan XİN-ə yeni mətbuat katibi təyin olunub
  10 Oktyabr 2018    Oxunub:2890
Anna Naqdalyan Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) yeni mətbuat katibi təyin olunub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in sabiq mətbuat katibi Tiqran Balayan “Facebook” səhifəsində bəyan edib.

“Sevinc hissi ilə xəbər verirəm ki, Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın əmri ilə Anna Naqdalyan Ermənistan XİN-in mətbuat katibi təyin edilib. Ona uğurlu iş yolu və yalnız yaxşı xəbərlər verməsini arzulayıram” , – deyə Balayan yazıb.

Qeyd edək ki, Ermənistan XİN-in bundan əvvəlki mətbuat katibi Tiqran Balayan Ermənistanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunduğundan onun XİN-dəki postu bir müddət boş qalmışdı.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Ermənistan   Niderland  





Xəbər lenti