Merkel almanlara səsləndi: “Miqrantları qısqanmayın!”

Merkel almanlara səsləndi: “Miqrantları qısqanmayın!”
  09 Oktyabr 2018    Oxunub:2646
Almaniya kansleri Angela Merkel almanları ölkəyə gələn miqrantları qısqanmamağa və onlara qarşı nifrət bəsləməməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə Merkel ictimaiyyət nümayəndələrilə görüşündə deyib. Onun sözlərinə görə, hökumət ölkəyə gələn miqrantları Almaniyada yaşayan əhalidən daha yaxşı təmin etmir və daha üstün tutmur.

“Bura gələn insanlar artıq burada yaşayanlardan daha yaxşı təmin edilmir. Və biz heç kəsdən də nəyisə kəsməmişik. Hazırda ölkə əhalisinin sosial müavinətləri, xüsusən pensiya ödənişləri artırılıb. Amma hətta bu məsələ ilə bağlı narahatlıq varsa belə, nifrət üçün heç bir əsas yoxdur”, – Merkel deyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Almaniya   Miqrant  





Xəbər lenti