Ukraynadakı partlayışa görə cinayət işi açılıb

Ukraynadakı partlayışa görə cinayət işi açılıb
  09 Oktyabr 2018    Oxunub:2924
Ukrayna Hərbi Prokurorluğu Çerniqov əyalətinin İçnya yaşayış məntəqəsində yerləşən hərbi anbarda baş verən irimiqyaslı partlayışlara görə cinayət işi açıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, “hərbi vəzifəli şəxslərin ağır fəsadlara yol açan ehtiyatsız davranışları” maddəsi üzrə açılan cinayət işiçərçivəsində istintaq aparılır. İnsidentdə təqsirli bilinənlər 7 ilədək azadlıqdan məhrumetmə cəzası ala bilərlər.

Qeyd edək ki, ötən gecə saat 03:00-da İçnyada Ukraynanın ən böyük hərbi anbarlarından birinin altıncı arsenalında ardıcıl partlayışlar olub. Ölən və yaralananlar barədə hələ ki məlumat yoxdur. Partlayışın baş verdiyi ərazidən 20 kilometrlik məsafə radiusunda qatar və avtomobillərin hərəkəti dayandırılıb, həmçinin, hava məkanı bağlanıb. 10 minə yaxın insan təxliyə edilib. Çerniqov əyalətinin hər yerində, o cümlədən Rusiya ilə sərhəd ərazilərində məhdudlaşdırıcı tədbirlər görülüb.

İçnyadakı hərbi anbar 682 hektar ərazidə yerləşir. Anbarda patronlar, əl silahları, qumbara, raketlər də omaqla 130-150 min ton hərbi sursat saxlanılır.





Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   Hərbianbar  





Xəbər lenti