Qara Mustafayevlə vida mərasimi keçirilib
Rektor bildirib ki, “Biotik əlaqələr” haqqında təbii qanun kəşf edən professor Qara Mustafayev 18 elmi konsepsiyasının müəllifi olub və Azərbaycanda onurğalılar zoologiyasında ekoloji istiqamət açıb. Professor Qara Mustafayevin biologiya fakültəsində dekan müavini, fakültə metodik şurasının sədri və dekan vəzifələrində işlədiyini bildirən rektor alimin “Şöhrət” ordeninə layiq görüldüyünü və Prezident təqaüdçüsü olduğunu bildirib. Görkəmli alim, eyni zamanda, universitetin elmi şurasının qərarı ilə bu ali məktəbin “Fəxri professoru” adına layiq görülüb.
Biologiya fakültəsinin dekanı Akif Quliyev qeyd edib ki, professor Qara Mustafayev əhalinin ətraf mühit ilə əlaqəsini sosial mühit ilə vəhdətdə tədqiq edib. O, 35 il fasiləsiz olaraq televiziya, radio və mətbuat vasitəsilə elmi yenilikləri təbliğ edib, uzun müddət Azərbaycan dövlət televiziyasında “Təbiəti sevənlər” verilişinin aparıcısı olub.
Professor Canbaxış Nəcəfov alimin onurğalılar zoologiyası, onun ekoloji istiqaməti barədəki xidmətlərindən danışıb, bu sahə üzrə 13 elmlər namizədi və iki elmlər doktoru yetişdirdiyini bildirib. Vida mərasimində mərhumun ailə üzvləri adından çıxış edən oğlu Azər Mustafayev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.
AzVision.az
Teqlər: Qara-Mustafayev BDU