Karasin: “Qarabağ münaqişəsinin həlli üzrə yalnız bir perspektiv var”

  08 Oktyabr 2018    Oxunub : 2978
Karasin: “Qarabağ münaqişəsinin həlli üzrə yalnız bir perspektiv var”
"Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə real olan yalnız bir perspektiv var. Bu, danışıqlar vasitəsilə sülh yolu ilə nizamlanmadır"
AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin “İzvestiya”ya müsahibəsində “Ermənistandakı yeni rəhbərlik dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı perspektivlər açılır?” sualını cavablandırarkən deyib.

O, bildirib ki, Azərbaycan və Ermənistan xalqlarının təhlükəsizlik, sabitlik və inkişafa həyati maraq göstərmələri danışıqlar prosesinin siyasi hərəkətverici qüvvəsini təşkil edir və Rusiya da bunu dəstəkləyir.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiya “üçlüyün” digər üzvləri – Fransa və ABŞ-la sıx əlaqədə işləyir. Həmsədrlərin ümumi iş xəttinə və Dağlıq Qarabağ münaqişəsi üzrə qəbul olunan qərarlara uyğun olaraq, biz həmçinin, münaqişə tərəflərinin sülh razılaşmasını işləyib hazırlamaları üçün onlara öz tərəfimizdən mümkün olan hər cür kömək göstərməyə çalışırıq. Bizim bu mövqeyimiz dəyişməz olaraq qalır. Rusiya Federasiyasının xarici siyasət konsepsiyasında əks olunan bu mövqeyimiz Vladimir Putinin Ermənistan və Azərbaycan liderləri ilə bu yaxınlarda keçirdiyi görüşlərin gedişində də təsdiq edilib”, – deyə Karasin bildirib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Azərbaycan   Ermənistan   Rusiya   DağlıqQarabağ