Milli Şura iqtidara DİALOQ təklif etdi

Milli Şura iqtidara DİALOQ təklif etdi
  26 Oktyabr 2013    Oxunub:1058
“Azərbaycan demokratik düşərgəsinin iqtidarla dialoqu həmişə gündəmdədir. Demokratik düşərgə, o cümlədən müxalifət partiyaları həmişə dialoqun tərəfində olublar”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev deyib.

O bildirib ki, müxalifət-iqtidar dialoqu çox vacib məsələdir: “Mənim mövqeyim belədir ki, biz bir-birimiz haqda danışmaqdansa, bir-birimizlə danışaq. Mən Milli Şuranın adından danışa bilmərəm, öz adımdan deyə bilərəm ki, iqtidarla müxalifət bəzi məsələləri ünsiyyət vasitəsilə arana qaldıra bilər. Cəm halında hamımızın ağrısı olan məsələlər var ki, bunlar barədə danışmaq olar. Məsələn, Qarabağ problemi, seçkilərin təşkili və s.”.

E.Quliyev hesab edir ki, dialoq demokratik düşərgə ilə iqtidar arasında getməlidir, iqtidaryönlü partiyalar arasında yox: “Mən bildiyimə görə, dialoqa nail olmaqla bağlı müzakirələr Milli Şurada həmişə gedir”

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti