Pompeo Kim Çen Inla görüşüb

  07 Oktyabr 2018    Oxunub : 2124
Pompeo Kim Çen Inla görüşüb
ABŞ-ın dövlət katibi Mayk Pompeo Koreya Xalq Demokratik Respublikasında (KXDR) səfərdədir.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bir günlük səfər zamanı Pompeo Şimali Koreya lideri Kim Çen In ilə görüşüb.

“Şimali Koreyada Kim Çen Inla möhtəşəm görüş oldu. Biz Sinqapurda əldə olunan razılıqlarla bağlı irəliləyiş əldə etməyə davam edirik”, - Pompeo görüşlə bağlı açıqlamasında bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibi Pxenyandan sonra Cənubi Koreyaya və Çinə səfər edəcək, KXDR səfərinin nəticələrinə dair müzakirələr aparacaq.

AzVision.az

Teqlər: ABŞ   Şimali-Koreya