Həbib üzr istədi: "Peşmanam..." - (VİDEO)

Həbib üzr istədi: "Peşmanam..." - (VİDEO)
  07 Oktyabr 2018    Oxunub:14228
Rusiyalı idmançı Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla döyüşdən sonra baş verən davaya görə üzr istəyib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Nurməhəmmədov peşman olduğunu deyib.

"Bu, mənim pis hərəkətim idi. Niyə hamı bu haqda danışır, amma Konorun döyüşdən əvvəl söylədiklərini demirlər? O, mənim dinim, ölkəm, atam barədə danışdı, avtobusa hücum etdi, bəs buna nə deyərdiniz?".

Qeyd edək ki, rusiyalı idmançı Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasında döyüşdən sonra zalda kütləvi dava olub. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub.



AzVision.az


Teqlər: Həbib   Dava  





Xəbər lenti