Tanker yük maşını ilə toqquşdu- Azı 50 nəfər ölüb

Tanker yük maşını ilə toqquşdu- Azı 50 nəfər ölüb
  07 Oktyabr 2018    Oxunub:2775
Konqo Demokratik Respublikasında yanacaq tankerinin yük avtomobili ilə toqquşması nəticəsində güclü partlayış olub.
AzVision.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Konqo əyalətinin müvəqqəti valisi Atou Matubuana yerli mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, partlayış nəticəsində azı 50 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Yaralılar bölgədəki xəstəxanalara yerləşdirilib.

Əyalət rəsmiləri ölü sayının artacağını istisna etmirlər.


Teqlər:





Xəbər lenti