Zəvvarları aparan maşın dərəyə aşıb - 9 nəfər ölüb

Zəvvarları aparan maşın dərəyə aşıb - 9 nəfər ölüb
  06 Oktyabr 2018    Oxunub:3080
Hindistanın Uttarkaşi şəhərində zəvvarları aparan avtomobil dərəyə aşıb.
AzVision.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin 150 metr hündürlükdən aşması nəticəsində 9 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

Məlumata görə, zəvvarlar Qanqotri məbədindən qayıdırmışlar. Ölənlərdən 8-i zəvvar, 1-i isə sürücüdür. Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.

AzVision.az



Teqlər: Hindistan   Zəvvar   Qəza  





Xəbər lenti