Ermənistan çıxılmaz vəziyyətdə - Nazir əhalini təhdid etdi

Ermənistan çıxılmaz vəziyyətdə - Nazir əhalini təhdid etdi
  05 Oktyabr 2018    Oxunub:3464
"Əgər ölkədə əmək haqları və digər müavinətlərin əsassız artımı baş verəcəksə, bu, Ermənistanda yoxsulluq göstəricilərini daha da pisləşdirəcək"
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri Atom Cancuqazyan 2019-cu maliyyə ili üçün dövlət büdcəsi layihəsini təqdim edərkən deyib.

“Əgər biz öz imkanlarımız hesabına əmək haqları və müavinətləri artıra bilməsək, onda bunu etməyin yeganə yolu xaricdən borc götürməkdir. Amma belə addıma heç cür haqq qazandırıla bilməz. Çünki yenə borc götürsək, bu, Ermənistanda yoxsulluq həddini daha da qaldıracaq”, – Cancuqazyan bəyan edib.

Lakin erməni nazir vurğulayıb ki, İrəvan bundan sonra da borc götürməyə davam edəcək. Çünki dövlət büdcəsi bir sıra ödənişlərin həyata keçirilməsinə kifayət etmir: “Bəli, xaricdən borc götürəcəyik, amma məsələ ondadır ki, bunun ölkədəki vəziyyəti yaxşı, yaxud pisliyə doğru aparacağı bəlli deyil. Əgər borc alınırsa, onun gələcəkdə ödənilməsi lazımdır. Bunun üçün gərək vergilər artırılsın”

Erməni KİV-ləri Cancuqazyanın bu çıxışını bir növ xalqa təhdid kimi qiymətləndiriblər. Bildirilir ki, vergilərin artacağı ilə bağlı xəbərdarlıq etməklə, Paşinyan hökuməti gələcəkdə maaşların azlığı barədə əhalinin tələblərinə qarşı indidən preventiv üsullara baş vurur. Çünki “iqtisadi bum”, işsizlik və yoxsulluğun aradan qaldırılacağına dair vədlər verərək baş nazir postuna gələn Nikol Paşinyan 5 aydır hakimiyyətdə olmasına rəğmən bu sahələrdə ciddi islahatlar apara bilməyib və vaxtının çoxunu siyasi rəqiblərilə “mübarizəyə” həsr edib. Belə davam edərsə, vədlərin icra edilməməsi nəticəsində gələcəkdə yaranacaq iqtisadi çətinliklər xalqın etirazını labüd edəcək.

Qeyd edək ki, rəsmi statistikaya əsasən, hazırda Ermənistanda əhalinin 30%-i, qeyri-rəsmi statistikaya görə isə 50%-i yoxsulluq səviyyəsində yaşayır. Ermənistanın dövlət borcu isə 7 milyard dollara yaxınlaşır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti