Ağstafada top mərmisi tapılıb

Ağstafada top mərmisi tapılıb
  04 Oktyabr 2018    Oxunub:2754
2018-ci il 04 Oktyabr tarixində saat 10:12-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AzVision.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının əməkdaşları dərhal həmin əraziyə göndərilib.



Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə göl kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 100 mm-lik top mərmisi (BR-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.



Top mərmisinin tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



AzVision.az


Teqlər: Ağstafa   Mərmi  





Xəbər lenti