Yarmarkaya gətirilən 30 ton bal yararsız çıxdı

Yarmarkaya gətirilən 30 ton bal yararsız çıxdı
  04 Oktyabr 2018    Oxunub:1801
Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkasına çıxarılması planlaşdırılan 3974 adda məhsuldan 900-ü, yəni təxminən 30 ton məhsul ekspertizanın nəticələrinə görə yararsızdır.
AzVision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib.

Onun sözlərinə görə, yarmarkaya çıxarılan bütün məhsullar ekspertizadan keçirilib və keyfiyyətə cavab verməyən məhsullar ayrı anbara toplanılıb.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov isə qeyd edib ki, daha keyfiyyətsiz arıçılıq məhsulları əsasən Daşkəsən və Astara rayonlarından daxil olur.

AzVision.az


Teqlər: Arıçılıq   Bal   Yarmarka  





Xəbər lenti