İqtisadçı :`Sosial Müdafiə Fonduna ehtiyac yoxdur`

 İqtisadçı :`Sosial Müdafiə Fonduna ehtiyac yoxdur`
  25 Oktyabr 2013    Oxunub:1128
İqtisadçı Vüqar Bayramov facebook profilində Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsini təklif edib

-Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçmiş sədri Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin ediləndən sonra nazirliklə fondun birləşdirilməsi məsələsi yenidən gündəmə gətirib. Xatırladım ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) 2010-cı ildə hazırladığı institutsional təkliflər paketində bu islahat təklif olunurdu.

Əslində, DSMF-in nazirlikə birləşdirilməsi yalnız büdcə vəsaitinə qənaət edilməsi baxımdan deyil, həmçinin bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasına və eləcə də sosial siyasətdə menecmentin əlaqələndirilməsinə səbəb ola bilər. Bununla da pensiya siyasəti hökümətin sosial siyasətinin daha sıx elementinə çevrilə bilər..

Digər tərəfədən, əmək və əhalinin sosial müdafiəsi nazirliyinə Səlim Müslümovun rəhbərlik edəcəyini və eləcə də bu sahədə ixtisaslaşdığını nəzərə aldıqda fondun nazirliyə birləşdirilməsi institutsional islahat olmaqla yanaşı eyni zaman çevik idarəetməyə imkan yarada bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti