KİVDF yeni yazı müsabiqəsi elan etdi

KİVDF yeni yazı müsabiqəsi elan etdi
  25 Oktyabr 2013    Oxunub:1260
KİVDF 31 dekabr Dünya Həmrəylik Günü münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsini elan edib.

KİVDF-dən AzVision.az-a verilən məlumata görə, yazıların qəbulu 28 oktyabr 2013-cü il tarixində başlayır, 10 dekabr 2013-cü il tarixdə başa çatır (10 dekabr 2013 yazıları təqdim etmək üçün sonuncu tarixdir).

Hər istiqamət üzrə 3 qalib, ümumi istiqamətlər üzrə 15 həvəsləndirici mükafat müəyyən edilir.2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.

Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur.30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.

İstiqamətlər üzrə 45 (nəfər) qalibin hər birinə 1000 (bir min) manat, 15 yazı müəllifinəisə həvələndirici 300 (üç yüz) manat məbləğində mükafatlar veriləcəkdir, qaliblər Fondun xüsusi diplom və təşəkkürnamələri ilə təltif olunacaqlar.

Müsabiqə barədə ətraflı məlumatı buradan öyrənə bilərsiniz.

AzVision.az


Teqlər:  





Xəbər lenti