Agentliyin əməkdaşlarına sertifikatlar verildi

Agentliyin əməkdaşlarına sertifikatlar verildi
  03 Oktyabr 2018    Oxunub:1708
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda qida təhlükəsizliyi və fitosanitar nəzarətlə bağlı keçirilən təlim başa çatıb.
Agentlikdən AzVision.az-a verilən xəbərə görə, təlim nəzəri və əyani-praktik olmaqla iki hissədən ibarət olub. Qida təhlükəsizliyi üzrə beynəlxalq ekspert Qordana Ristiç və fitosanitar nəzarət üzrə ekspert Aleksa Obradoviç kimi beynəlxalq ekspertlər təlimçi qismində çıxış edib.

İki gün davam edən təlimin birinci günündə “Risk əsaslı yoxlama – ümumi yanaşma və Avropa Birliyi ölkələrinin təcrübələri”, “İnspektorların yoxlamaya yanaşmalarının vahidləşdirilməsi – yoxlama vərəqləri və metodologiya”, “Ziyanvericilərin risk analizi”, “İdxalda risklərin təhlili” mövzuları müzakirə olunub. Təlimin ikinci günündə isə AQTA əməkdaşları beynəlxalq ekspertlərlə birlikdə bitki mənşəli məhsulların istehsalı müəssisələrinə baxış keçirib. Sonda təlimdə iştirak edən 37 AQTA əməkdaşı sertifikatlarla təltif olunub.

Qeyd edək ki, təlim Beynəlxalq Maliyyə Korporasiyasının “Azərbaycanın İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi” layihəsi çərçivəsində keçirilib.

AzVision.az


Teqlər: AQTA  





Xəbər lenti