Bağlanan universitetin 122 tələbəsi köçürülüb, 16-sı imtina edib

Bağlanan universitetin 122 tələbəsi köçürülüb, 16-sı imtina edib
  03 Oktyabr 2018    Oxunub:2556
Fəaliyyəti dayandırılan Bakı İslam Universitetinin 139 tələbəsindən 122-si digər ali təhsil müəssisələrinə yerləşdirilib.
Bu barədə AzVision.az-a Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib.

DİM rəsmisi bildirib ki, tələbələrdən 16 nəfəri onlara təklif edilən ali təhsil müəssisələrində oxumaqdan imtina edib. 1 nəfər isə onlarla nəzərdə tutulan görüşə gəlməyib.

“122 tələbənin 3 nəfəri Azərbaycan İlahiyyat İnstitutuna yerləşdirilib, onların balı 200-dən yuxarı idi. Digər tələbələr Bakı Qızlar Universiteti, Bakı Biznes Universiteti, Bakı Avrasiya Universiteti, Odlar Yurdu Universiteti, Naxçıvan Özəl Universitetinə yerləşdirilib. Naxçıvan Özəl Universitetində “Dinşunaslıq” ixtisasını bir nəfər seçib. Qeyd edilən ali təhsil müəssisələrində tələbələr Beynəlxalq münasibətlər, Regionşunaslıq (Avropa ölkələri üzrə), Regionşunaslıq (Yaxın və Orta Şərq ölkələri üzrə), Regionşunaslıq (ABŞ və Kanada üzrə), Menecment, Marketinq, Dövlət və bələdiyyə idarəetməsi, Filiologiya (Türk dili və ədəbiyyatı), Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisaslarını seçiblər”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) təsisçisi olduğu Bakı İslam Universitetinə qəbulun dayandırılması ilə bağlı qərar qəbul edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM  





Xəbər lenti