ATƏT PA-da Dilqəm və Şahbazla bağlı məsələ qaldırılacaq

ATƏT PA-da Dilqəm və Şahbazla bağlı məsələ qaldırılacaq
  03 Oktyabr 2018    Oxunub:2862
“Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı məsələdə yenilik yoxdur. Beynəlxalq tədbirlər çərçivəsində daim bu məsələ qaldırılır, Dağlıq Qarabağdakı qeyri-qanuni rejimin “qanunları” ilə məhkum edilən azərbaycanlıların azad edilməsi ilə bağlı çağırışlar edilir. Təəssüflər olsun ki, bununla bağlı irəliləyiş yoxdur”
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Vitse-spiker bildirib ki, Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Qırğızıstanda keçiriləcək sessiyasında iştirak etmək üçün yola düşüb. Onlar sessiyanın gündəliyində olan bütün məsələlərə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli və girovların azad edilməsi ilə bağlı fikirlərini bildirəcəklər.

“Təbii ki, konkret mexanizmlər və real təsirlər olmadan səsləndirilən fikirlər divarlar arasında qalır. Bununla belə, hesab edirəm ki, məsələnin gündəlikdən düşməsinə imkan vermək olmaz. Sona qədər bu məsələni diqqət mərkəzində saxlayacağıq. Təkcə o insanların deyil, öz ölkəsində hərəkət imkanları məhdudlaşdırılan insanların doğma yurdlarına qayıdışının təmin edilməsi üçün ciddi qərarların qəbul olunmasına çalışmaq lazımdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bahar-Muradova   Girov   Kəlbəcər  





Xəbər lenti