DİN-dən Milli Şuraya mitinq xəbərdarlığı

DİN-dən Milli Şuraya mitinq xəbərdarlığı
  25 Oktyabr 2013    Oxunub:906
Milli Şuranın aksiyası Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış bir aksiya olduğu üçün polis əməkdaşları tərəfindən həmin aksiyanın təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görüləcək.
Bunu AzVision.az-a açıqlamasında ,DİN-in mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə deyib.

Nazirlik rəsmisi bildirib ki, ictimai asayişin hər hansı şəkildə pozulması hallarının qarşısı qətiyyətlə alınacaq.

Qeyd edək ki,Milli Şura oktyabrın 27-də “Məhsul” stadionunda Bakı şəhəri icra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçirəcək .

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti