Musa Yaqub Milli Şuradan danışdı: “Ürəyim ağrıyır..”

Musa Yaqub Milli Şuradan danışdı: “Ürəyim ağrıyır..”
  25 Oktyabr 2013    Oxunub:1463
“Əvəllər Milli Şuranın iclaslarında iştirak edirdim, hazırda isə xəstəyəm deyə iclaslara qatılmıram”.
AzVision.az-a bunu şair Musa Yaqub Milli Şuradakı istefalarından danışarkən deyib.

Ziyalı bildirib ki, hazırda yalnız yaradıclıq işləri ilə məşğuldur, səhhəti ilə bağlı olaraq siyasi prosesləri yalnız mətbuat və mediadan izləməklə kifayətlənir.

“İndi evdəyəm. Ürəyimdən müalicə alıram. Buna görə də hər şeyi kənardan izləyirəm. Əvvəllər Milli Şuranın iclaslarında iştirak edirdim, hazırda isə xəstəyəm deyə iclaslara qatılmıram. Onlar özləri də bilirlər ki, səhhətimə görə gedə bilmirəm. Nə edim adam ürək sözlərini deyir, amma ağrısını deyə bilmir. Mən də elə evdə yardıclıq işləri ilə məşğul oluram”- deyə M. Yaqub bildirib.

Qeyd edək ki, Milli Şuranın dünən keçirilən sessiyasında Asəf Quliyev, Lalə Şövkət, İlham Hüseyn, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova və İslam Partiyasından iki nəfər-Mövsüm Səmədov, Elçin Manafovistefa verib.

Akif Şahbazov və Gülnarə Qurbanova Milli Şuradakı iclaslara gəlmədiyi üçün çıxarılıb.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti