“Fazil Mustafanın dedikləri yanlışdır” - Bahar Muradova

“Fazil Mustafanın dedikləri yanlışdır” - Bahar Muradova
  01 Oktyabr 2018    Oxunub:3064
Milli Məclis sədrinin müavini Bahar Muradova deputat Fazil Mustafanın “Azərbaycan universitetləri mütəxəssis yetişdirmir” fikrinə münasibət bildirib. AzVision.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən B.Muradova F.Mustafının dediklərinin yalnış olduğunu qeyd edib.
Vitse-spiker bildirib ki, təhsil müəssisələri normal mütəxəssis yetişdirməsəydi, başqa ölkələrdən Azərbaycana tələbələr gəlməzdi: “Hesab edirəm ki, həm sovet, həm də ondan sonrakı dövrdə Azərbaycanda təhsil alaraq öz ölkələrindən nüfuz sahibi olan şəxslər var. Ona görə də Fazil Mustafanın dedikləri yanlışdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MM   Bahar-Muradova  





Xəbər lenti