Aynur Camalqızı: “Polis jurnalistin döyülmə kadrlarını izləyib”

Aynur Camalqızı: “Polis jurnalistin döyülmə kadrlarını izləyib”
  25 Oktyabr 2013    Oxunub:2704
Aynur Camalqızı redaksiyada qadın jurnalisti döyən şəxsin hüquqşünas Mehman Muradlı olduğunu təsdiqləyib.
AzVision.az-ın məlumatına görə, bu barədə A.Camalqızı facebook sosial şəbəkəsində məlumat verib.

“Mən bu adamın Mehman Muradlı olmasını ağlıma da gətirməzdim. Onun belə iş tutacağına inanmıram” sözlərinə o, belə cavab verib:

“Siz necə düşünürsünüz, biz şər atırıq? Bizim ofisdə kamera var, ofisi belə kirayələmişik. Kameralar da təhlükəsizlik məqsədilə qoyulub. Görüntüləri dünən ofisə gələn Binəqəsi polis əməkdaşları da izləyib. Birdə ki, yalan danışmağa nə ehtiyac var:

Hər facebook statusu döyməklə, qoçuluqla nəticələnəcəksə, gərək bu virtual evə ayaq basan şəxs dözüm limitinə görə bura gəlsin. Qadını təhqir edib, sonra da onun verdiyi cavaba dözməyib, gəlib onu döymək kişilikdirsə, inciməyin, mən bunu nakişilik sayıram. Kim olsa, bunu deyərdim. Arxasız, dayaqsız bir qadını döyməyə nə var? Hünəri çatır onu söyən kişilərin qabağına çıxsın”.

Qeyd edək ki, Facebook-da yazılan statuslara görə, döyülən xanım jurnalist “axar.az” saytının əməkdaşı Sona Yaqubovadır.

AzVision.az


Teqlər:  





Xəbər lenti