Taksidə siqaret çəkənlər cərimələnəcək

Taksidə siqaret çəkənlər cərimələnəcək
  01 Oktyabr 2018    Oxunub:1417
İnzibati Xətalar Məcəlləsinə növbəti dəyişiklik edilir.
AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün məhsulları, o cümlədən siqaret çəkənlər 40 manatdan 50 manata qədər məbləğdə cərimələnəcəklər.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Qanunun qüvvəyə minəcəyi tarix yaxın vaxtlarda məlum olacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Taksi   Cərimə  





Xəbər lenti