İran Suriyadakı PKK-çıları bombaladı

İran Suriyadakı PKK-çıları bombaladı
  01 Oktyabr 2018    Oxunub:2623
İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Suriyada Fərat çayının şərqindəki terrorçuların mövqelərinə və onların obyektlərinə raket zərbələri endirib.
AzVision.az xəbər verir ki, bu barədə “Sepah News” məlumat yayıb. Belə ki, raket zərbəsi İran İslam İnqilabı Keşikçiləri Korpusunun hava–kosmik diviziyası tərəfindən həyata keçirilib.

Hava hücumu nəticəsində çox sayda terrorçu məhv edilib, yaralılar var. Raket zərbəsinin İranın Əhvaz şəhərində törədilən terrorun təşkilatçılarına cavab olduğunu bildirilib.

Qeyd edək ki, Fərat çayından şərqdəki Suriya əraziləri ABŞ-ın dəstəklədikləri YPG/PYD kürd terrorçularının nəzarətindədir.

Xatırladaq ki, 22 sentyabrda İranın Əhvaz şəhərində keçirilən hərbi parad zamanı terrorçuların mərasim iştirakçılarını atəşə tutması nəticəsində 12-si İnqilab Keşikçiləri Korpusunun hərbçisi olmaqla 28 nəfər həlak olub, 60 nəfər isə yaralanıb. Hücumun məsuliyyətini Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrə malik “Əl Əhvaziyə” terror təşkilatı üzərinə götürüb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif terakta görə bütün məsuliyyəti terrorizmin regional sponsorları və ABŞ-ın üzərinə atıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Suriya  





Xəbər lenti