Mikayıl Cabbarovdan yeni qərar

Mikayıl Cabbarovdan yeni qərar
  25 Oktyabr 2013    Oxunub:1069
Azərbaycan Respublikasının təhsil naziri “İngilis dilinin intensiv tədrisi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi barədə” və “Rus dilinin intensiv tədrisi üzrə layihənin davam etdirilməsi barədə” əmrlər imzalayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həmin layihələr növbəti tədris ilində pilot məktəblərdə həyata keçiriləcək.

“İngilis dilinin intensiv tədrisi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi barədə” əmrə əsasən, 2008-2009-cu tədris ilindən Bakı şəhərinin 7 pilot məktəbində tətbiq edilən “İngilis dilinin intensiv tədrisi” layihəsinin 2013-2014-cü tədris ilində ölkə üzrə 50 pilot məktəbdə həyata keçirilməsi qərara alınıb. Təhsil Nazirliyi və “British Council”un birgə layihəsinin Bakı şəhərinin seçilmiş pilot məktəblərinin I-IV və V-X siniflərdə davam etdirilməsi və Bakı şəhər 116 nömrəli tam orta məktəbin I siniflərində tətbiqinə başlanılması da əmrdə nəzərdə tutulub. Əmrdə, həmçinin Gəncə şəhər xarici dillər təmayüllü gimnaziya və şəhər 4 nömrəli tam orta, Mingəçevir şəhər 3 və 4 nömrəli, Sumqayıt “Təfəkkür” liseyi və şəhər 23 nömrəli, Şirvan şəhər 9 və 21 nömrəli, Quba şəhər 3 və 4 nömrəli, Qusar şəhər 2 və 6 nömrəli, Xaçmaz şəhər 1 və 8 nömrəli, Şamaxı Avropa liseyi və 2 nömrəli, İsmayıllı şəhər 3 və 5 nömrəli, Şəki şəhər 8 və 10 nömrəli, Qəbələ şəhər 3 və 1 nömrəli, Zaqatala şəhər 2 nömrəli və akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey, Lənkəran şəhər 4 nömrəli və xarici dillər təmayüllü gimnaziya, Yevlax şəhər 5 və 9 nömrəli, Salyan şəhər 1 və 7 nömrəli tam orta məktəblərin I siniflərində layihənin tətbiqinə başlanılması qeyd olunub. Dərs ili ərzində 520 nəfər ingilis dili müəlliminin müvafiq təlimlərdə iştirakının təmin olunması, pilot məktəblərin dərslik və dərs vəsaitləri ilə təmin edilməsi məsələləri də əmrdə əksini tapıb.

“Rus dilinin intensiv tədrisi üzrə layihənin davam etdirilməsi barədə” əmrə əsasən, 2013-2014-cü dərs ilində Bakı şəhərinin 3, 12, 13, 20, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 274, 250, 257, 263, 265, 272, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli məktəblər və Bağça–Məktəb-Lisey Kompleksinin, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri texniki-humanitar liseyi, Sumqayıt şəhəri 11 nömrəli, Şirvan şəhəri 3 nömrəli, Abşeron rayonu 2 nömrəli, İsmayıllı rayonu Talıstan kənd, Şəki rayonu 5 nömrəli, Şamaxı rayonu 6 nömrəli, Zaqatala rayonu Əlibayramlı kənd, Tovuz rayonu Ağbulaq kənd, Quba rayonu Əliməmmədoba kənd, Qusar rayonu Ləcət kənd, Masallı rayonu 2 nömrəli, Lənkəran rayonu Havzava kənd, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərin I-IV və V-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsinin davam etdirilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti