Bakıda 2-ci sinif şagirdi dərsdə ölüb

Bakıda 2-ci sinif şagirdi dərsdə ölüb
  25 Sentyabr 2018    Oxunub:4583
Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə ikinci sinif şagirdi dünyasını dəyişib.

Məktəbin direktoru İradə İbrahimova AzVision.az-a bildirib ki, II "ğ" sinif şagirdi 2011-ci il təvəllüdlü Xəlilov Sabir Adil oğlu ötən gün saat 16:40 radələrində vəfat edib.
“Şagird özünü narahat hiss edirdi. Dərhal ona ilk tibbi yardım göstərildi. Lakin təəssüf ki, kömək etmək mümkün olmayıb”.

Qeyd edilib ki, şagirdin ölüm səbəbi araşdırlır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Məktəb   Dərs   Şagird  





Xəbər lenti