Brüssel: “Türkiyənin Avropa İttifaqına daxil olması real deyil”

Brüssel: “Türkiyənin Avropa İttifaqına daxil olması real deyil”
  25 Sentyabr 2018    Oxunub:2068
Avropa İttifaqı Türkiyə ilə strateji əməkdaşlıq etməlidir, lakin indiki vaxtda Türkiyənin İttifaqa daxil olması real deyil.
AzVision.az xəbər verir ki, bunu Belçikanın baş naziri Şarl Mişel Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşdən sonra deyib.

“Vacib olan strateji əməkdaşlıqdır. Söhbətimiz mən gözlədiyimdən də açıq oldu. Bir sıra məsələləri daha aktiv müzakirə etməli və daha yaxşı əməkdaşlıq etməliyik. Biz Türkiyə ilə hədsiz diplomatik olmadan açıq və dürüst danışıqlar aparmalıyıq. Çünki indiki vaxtda Türkiyənin İttifaqa daxil olması real deyil”, – deyə Mişel vurğulayıb.

Belçikanın baş naziri əlavə edib ki, Ərdoğanla bir saatdan artıq davam edən görüşdə Türkiyənin regiondakı geosiyasi rolunu, terrorrizmlə mübarizə və miqrasiya problemini, o cümlədən Ankara ilə Avropa İttifaqı arasındakı münasibətlər və Türkiyədə qanunun aliliyi və azad mətbuat məsələlərini müzakirə ediblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Avropa   Belçika  





Xəbər lenti