Milli Şura parçalanır- Lalə Şövkətin partiyası istefa verdi

Milli Şura parçalanır- Lalə Şövkətin partiyası istefa verdi
  24 Oktyabr 2013    Oxunub:1225
Milli Şuranın bu gün keçirilən iclasında qurumun bir neçə üzvü istefaya göndərilib.
AzVision.az xəbər verir ki, bu barədə Milli Şura üzvü Natiq Ədilov facebook səhifəsində bildirib.

Onun sözlərinə görə 9 nəfər Milli Şuradan çıxarılıb: “9 nəfər Milli Şuranın sıralarından uzalaşdırıldı: Onlardan 7-si öz bəyanatına, 2-si isə iclaslarda iştirak etmədiyi üçün Milli Şuradan uzaqlaşdırııb”.

Qeyd edək ki, Milli Şuranın hazırda davam edən iclasında Lalə Şövkət və onun partiyası (ALP) qurumdan istefa verib. Bununla yanaşı istefa verənlər arasında Asəf Quliyev, Lalə Şövkət, İlham Hüseyn, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova və İslam Partiyasından iki nəfər-Mövsüm Səmədov, Elçin Manafov var.

Akif Şahbazov və Gülnarə Qurbanova Milli Şuradakı iclaslara gəlmədiyi üçün çıxarılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti