Azərbaycanın yeni nazirləri: Kim nə qədər maaş alacaq? - SİYAHI

  24 Oktyabr 2013    Oxunub : 1528
Azərbaycanın yeni nazirləri: Kim nə qədər maaş alacaq? - SİYAHI
Azərbaycanda yüksək vəzifə tutan məmurların, nazir və komitə sədrlərinin nə qədər əməkhaqqı alması hər kəsdə maraq doğurur.

Prezidentin sərəncamı ilə yenicə formalaşan hökumətdə hansı nazir nə qədər maaş alacaq? Bu barədə Maliyyə Nazirliyi Azvision.az saytının sorğusunu cavablandırıb.

Azvision.az nazirlərin maaş cədvəlini təqdim edir:

Baş nazir Artur Rasizadə nin aylıq maaşı 1925 manatdır.
Baş nazirin birinci müavini Yaqqub Eyyubov 1700 manat, Baş nazirin müavinləri Abid Şərifov, Elçin Əfəndiyev, Əli Həsənov, Əli Əhmədov və İsmət Abbasovun əməkhaqqı isə 1625 manat təşkil edir.

Qeyd edək ki, Əli Əhmədov və İsmət Abbasov bu vəziyəfə yeni təyinat alıblar.

Nazirlər və komitə sədrləri isə 1500 manat maaş alacaqlar.

Milli Bankın idarə heyətinin və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədrin maaşı 1500 manatdır.

(Prezidentin sərəncamı ilə DSMF-nun sədri Səlim Müslümov vəzifəsindən azad edilərək, əmək və əhalinin sosial müdafiə naziri vəzifəsinə təyinat alıb. Hazırda DSMF sədri vəzifəsinə boş qalır – S.İ)

Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri isə 1250 manat maaş alır.

Nazirin, Dövlət Komitəsi sədrinin, Milli Bankın idarə heyətinin və Dövlət Sosial Müdafiə Fondunun sədrinin birinci müavinlərinin əməkhaqqı 1000 manat təşkil edir.

Nazirin, Dövlət Komitəsi sədrinin, Milli Bankın idarə heyətinin və Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini, Mərkəzi İcra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini 875 manat maaş alırlar.

Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbərinin müavinlərinin əməkhaqqı 800 manatdır.

Sevinc İltifatqızı

Teqlər: