Kənd təsərrüfatı nazirinə qadın müavin təyin olunub

Kənd təsərrüfatı nazirinə qadın müavin təyin olunub
  24 Sentyabr 2018    Oxunub:4482
İlhamə Qədimova kənd təsərrüfatı nazirinin müavini təyin olunub.
AzVision.az-ın məlumatına görə, İ.Qədimova bu təyinata qədər nazirlikdə Hüquq şöbəsinin müdiri vəzifəsini icra edib.

Qeyd edək ki, İ.Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə magistratura, doktorantura təhsili alıb və hüquq elmləri üzrə doktordur.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında Hüquqi təminat şöbəsində baş məslətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti