Məşhur qida məhsullarının satışı qadağan olunub - RƏSMİ
"Məlumat verildiyi kimi, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo", şirniyyatları, "Banduel" (yaşlı noxud) qida məhsullarının satışı qadağan olunub və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılıb. Hazırda satış şəbəkələrindən yığışdırılan həmin məhsullar müvafiq anbarlarda saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir".
AzVision.az
Teqlər: AQTA