Mərkəzi Neftçilər Xəstəxanasında pilot layihə keçirilir

Mərkəzi Neftçilər Xəstəxanasında pilot layihə keçirilir
  24 Oktyabr 2013    Oxunub:1299
Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) pilot layihə keçirilir.
AzVision.az-ın məlumatına görə, layihə çərçivəsində xəstəxanaya xüsusi qolbaqlar və planşetlər gətizdirilib, həmin avadanlıqlarda mikroçip qurulub. Belə ki, xəstə haqqında dolğun informasiya, həmçinin xəstəlik tarixçəsi, laboratoriya cavabları və digər lazımi məlumat proqram vasitəsilə qolbağa yüklənilir. Bundan sonra artıq həkim həmin xəstənin yanına gələndə, planşeti xəstənin qolunda olan qolbağa yaxınlaşdırmaqla bütün lazımi məlumatları əldə edə bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl MNX-nın əsaslı təmir olunub və yenidən qurulmuş Ürək və damar xəstəlikləri, Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbələri istifadəyə verilib.

Fatimə


Teqlər:





Xəbər lenti