Güclü yağış elektrik şəbəkələrində fəsadlar yaradıb

Güclü yağış elektrik şəbəkələrində fəsadlar yaradıb
  23 Sentyabr 2018    Oxunub:2395
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal Qərb ve Cənub Regional Elektrik Şəbələrində bəzi fəsadlara səbəb olub.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzVision.az-a bildirib ki, elektrik verilişi xətlərində qurumun əməkdaşları qabaqlayıcı təbdirlər görüb, yaranan qısa fasilələri operativ aradan qaldırıblar.

Onun sözlərinə görə, Bakının Binəqədi rayonu Xutor qəsəbəsində yerləşən 97 saylı yarımstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb, Nəsimi və Nərimanov rayonlarının Cavadxan ve Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısamuddətli fasilə yaranıb.

AzVision.az


Teqlər: Azərişıq   Yağış  





Xəbər lenti