Prezident və birinci xanım Marius Vizer ilə görüşüb - FOTO
Söhbət zamanı Azərbaycanın beynəlxalq idman əməkdaşlığına töhfə verdiyi, ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərildiyi bildirildi, Azərbaycan idmançılarının böyük uğurlar əldə etdikləri qeyd olundu.
Beynəlxalq Cüdo Federasiyası ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilən görüşdə Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olduğu vurğulandı, gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə edildi.
Sonra Mehriban Əliyevaya idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olundu.
AzVision.az
Teqlər: İlham-Əliyeva Prezident Mehriban-Əliyeva