"Paşinyanın yalan bəyanatlarını tirajlamaq yolverilməzdir"
Baş redaktor bildirib ki, bəzi saytlar şəhid xəbərlərini belə düşmən mediasına istinadən yayımlayır: "Bu məsələlərdə ilk və ən dəqiq mənbə Azərbaycanın Müdafiə Nazirliyi olmalıdır. Ordumuzla bağlı yayılan hər hansı yanlış məlumat, şayə birbaşa düşmən maraqlarına xidmət edir. Bugünlərdə Ermənistan mətbuatı 3 əsgərimizin öldürüldüyünü yazmış, bəzi saytlar da onlara istinad etmişdi. Ancaq sonradan məlum oldu ki, bu Nikol Paşinyanın növbəti yalançı açıqlamasıdır. Ermənistan prezidenti xalq içində itmiş nüfuzunu bərpa etmək üçün belə ucuz yollara əl atır, bizim bəzi media orqanları da buna alət olur".
Hacıbəy Heydərli Avropada yaşayan və Azərbaycana düşmən münasibətdə olan bəzi həmyerlilərimizə də səslənib: "Avropada yaşayan və oradakı himayədarlarına xoş gəlmək istəyən bəzi həmyerlilərimiz bəh-bəhlə Paşinyanın açıqlamalarını yayır, onu bizim cəmiyyətə, bizim dövlətə nümunə göstərir. Bu adamlar Azərbaycan əleyinə istənilən şəxslə müttəfiq olmağa hazırdılar. Bütün günü azad mediadan, söz azadlığından danışan bu şəxslər nədənsə Ermənistanda gizli yazılan telefon danışığı haqqında məlumatı ilk yayanlardan biri olmuş "yerevan.today” saytının redaksiyasında və baş redaktorun yaşadığı evdə axtarış aparılmasına göz yumur. Bu adamların məqsədi yalnız və yalnız Azərbaycan dövlətini aşağılamağa cəhd etməkdir. Ancaq cəmiyyətimiz hər zaman ağı-qaradan fərqləndirməyi bacarıb və həmin şəxslərə layiq olduğu yeri göstərib".
Teqlər: