Nazirlik: Bu saata kimi 5340 nəfər qan verib

Nazirlik: Bu saata kimi 5340 nəfər qan verib
  20 Sentyabr 2018    Oxunub:2064
Aşura günü ilə bağlı məscidlərdə keçirilən qanvermə aksiyası davam edir.
Səhiyyə Nazirliyindən AzVision.az-a bildirlib ki, saat 16:00-dək 5340 nəfər qan verib, bu şəxslərdən 2403 litr qan yığılıb

Qeyd edilib ki, tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Könüllü qanvermə aksiyaları axşam saatlarına kimi, eləcə də Məhərrəmlik ayı boyunca davam edəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: Aşura   Qanvermə  





Xəbər lenti