Putin Merkellə Suriyanı müzakirə edib

Putin Merkellə Suriyanı müzakirə edib
  20 Sentyabr 2018    Oxunub:2473
Almaniya Kansleri Angela Merkel ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib. Onun sözlərinə görə, tərəflər Suriyadakı vəziyyəti müzakirə edib. Qeyd olunub ki, Merkel münaqişənin genişlənməsinin qarşısını almağa və dinc əhalinin müdafiəsinə yönəlmiş səyləri alqışlayıb.

Qeyd edək ki, müxalifət və Suriya hökumət qoşunlarının təmas xətti boyunca 15-20 kilometr enində bufer zonasını oktyabrın 15-dək yaratmaq planlaşdırılıb. Bu zonada türk bölmələri və Rusiya hərbi polisi keşik çəkəcəklər.

AzVision.az


Teqlər: Putin   Suriya  





Xəbər lenti