"Baş yarmaq, zəncir vurmaq olmaz" - Şeyx

"Baş yarmaq, zəncir vurmaq olmaz"  - Şeyx
  20 Sentyabr 2018    Oxunub:2654
"Bizim Aşura ilə bağlı fətvamız var. Fətvada bəzi məsələlərə riayət olunmalıdır. Baş yarmaq, zəncir vurmaq, qan çıxarmaq kimi məsələlər olmasa, yaxşıdır. İmam Hüseyn özü də buna razı olmazdı".

AzVision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə deyib.
Şeyx bildirib ki, bu gün Azərbaycanda heç bir məhdudiyyət yoxdur: "Bəzi insanlar qəbul etdiyimiz fətvaları bəzən məhdudiyyət kimi qəbul edirlər və məhdudiyyət kimi təqdim edirlər. Azərbaycan dövləti və onun rəhbərliyi dindarlar üçün bütün şəraiti yaradıb. Məscidlərimiz təmir olunur, eyni zamanda Azərbaycanda başqa dinlərə olan münasibət də yüksək səviyyədədir. Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Şeyx  





Xəbər lenti