KXDR ilə Cənubi Koreya arasında hərbi anlaşma

KXDR ilə Cənubi Koreya arasında hərbi anlaşma
  19 Sentyabr 2018    Oxunub:2442
Şimali Koreya (KXDR) ilə Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq barədə müqavilə imzalanıb.
AzVision.az "RİA Novosti"yə agentliyinə istinadən xəbər verir ki, sənədə Cənubi Koreyanın müdafiə naziri Son Yen Mu və Şimali Koreyanın silahlı qüvvələri naziri No Qvan Çhol imza atıblar.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Mun Ce-in Şimali Koreyada səfərdədir. 3 gün Pxenyanda qalacaq Çje İn Şimali Koreya lideri ilə 2 dəfə danışıqlar aparacaq

Müzakirələrin mövzusu ikitərəfli münasibətlərin yaxşılaşdırılması və gələcək inkişafı, Koreya yarımadasının nüvəsizləşdirilməsi və regiondakı gərginliyin azaldılması, həmçnin, Şimali Koreyanın ABŞ-la dialoqunun inkişafı məsələləridir.

AzVision.az


Teqlər: KXDR   Koreya  





Xəbər lenti