Dəməşqdən İdlib anlaşmasına reaksiya – Bütün ərazilər azad ediləcək!
Mənbənin sözlərinə görə, Ərdoğanla Putinin İdlib məsələsinə dair razılığa gəlmələri Bəşər Əsəd hökuməti tərəfindən müsbət qarşılansa da, rəsmi Dəməşq ya güc yolu ilə, ya da sülh bağlanması vasitəsilə Suriyanın bütün ərazisini terrorçulardan azad etmək niyyətində qətidir.
Həmçinin, Dəməşqə görə, Rusiya ilə Türkiyə arasındakı saziş Astana prosesi çərçivəsində imzalandığından Suriyanın suverenliyini qorumağa kömək edir.
Qeyd edək ki, Ərdoğanla Putin arasındakı razılığa əsasən oktyabrın 15-dən etibarən Suriyanın atəşkəs elan olunan bölgələrində 15-20 kilometrlik təmas xətt üzərində təhlükəsizlik zolağı yaradılacaq. Müxalifət və hökumət qüvvələri, həmçinin ağır hərbi texnika və silahlar həmin zonalardan çıxarılacaq.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Türkiyə Rusiya İdlib Suriya