Azərbaycan Respublikası Prezidentinin Fərmanı

  23 Oktyabr 2013    Oxunub : 662
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Fərman imzaladı.
Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 670; 2007, № 3, maddə 233, № 5, maddə 455, № 8, maddə 768, № 11, maddələr 1094, 1105; 2008, № 5, maddə 373, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2012, № 5, maddə 420, № 9, maddə 857) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 10-cu bəndin birinci və ikinci cümlələrində “aparatı” sözündən sonra “, tabeliyində olan qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.)” sözləri əlavə edilsin.
2. 11-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.”.
3. 14.2-ci yarımbənddə “təsdiq edir” sözlərindən sonra “, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini təsdiq edilmək üçün təqdim edir” sözləri əlavə olunsun.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2013-cü il.

Teqlər: