Marlen Əsgərovun ölüm səbəbi açıqlandı - DOSYE

Marlen Əsgərovun ölüm səbəbi açıqlandı - DOSYE
  17 Sentyabr 2018    Oxunub:7512
Təcrübəli energetik, "Azərenerji" ASC-nin vitse-prezidenti Marlen Əsgərov 2018-ci il sentyabr ayının 16-da ürək çatışmazlığından vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin yaydığı məlumatda qeyd olunub.

Marlen Əsgər oğlu Əsgərov 1936-cı il noyabr ayının 17-də Ağdam rayonunda anadan olub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Elektrik stansiyaları, şəbəkə və sistemləri üzrə mühəndis-elektrik ixtisasına yiyələnib. 1960-cı ildə “Azərbaycan Energetika İdarəsi”ndə əmək fəaliyyətinə başlayıb.

1960-1961-ci illərdə “Azərbaycan Energetika İdarəsi”nin Mərkəzi İzolyasiya Xidmətinin mühəndisi, 1961-1962-ci illərdə “Əli-Bayramlı DRES”in Elektrik sexinin rəisi, 1962-1974-cü illərdə “Krasin adına DRES”-nin Elektrik sexinin rəisi, 1974-1979-cu illərdə “Azbaşenerji”nin Kirov adına Elektrik şəbəkəsinin baş mühəndisi, müvəqqəti direktoru və direktoru, 1979-1980-ci illərdə SSRİ Energetika Nazirliyinin “Enerjişəbəkəlayihə” İnstitutunun baş mühəndisin vəzifəsini müvəqqəti icra edən, 1980-1991-ci illərdə SSRİ Energetika Nazirliyinin “Enerjişəbəkəlayihə” İnstitutunun baş mühəndisi, 1991-ci ildə “Qafqazenerjitəmir” Trestinin sədr müavini, 1991-1993-cü illərdə “Azərenerji” İstehsalat Birliyinin baş mühəndisinin vəzifəsini müvəqqəti icra edən, 1993-cü ildə “Azərenerji” Dövlət Şirkətinin Enerjinin İstehsalı və Ötürülməsi Birliyinin baş mühəndisin müavini, 1993-1995-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin Perspektiv inkişaf, informasiya, elm və texniki işlər üzrə şöbəsinin rəisi, 1996-2001-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin Enerjinin İstehsalı və Ötürülməsi Birliyinin Texniki İstehsalat şöbəsinin rəisi, 2001-2002-ci illərdə “Azərenerji” ASC-nin Enerjinin İstehsalı Birliyinin Texniki İstehsalat şöbəsinin rəisi, 2002-ci ildə “Azərenerji” ASC-nin Enerji İstehsalı İdarəsinin Texniki İstehsalat şöbəsinin rəisi, 2002-2005-ci illərdə “Azərenerji” ASC-nin baş mühəndisi vəsifələrində işləmişdir. 2005-ci ildən ömrünün sonunadək “Azərenerji” ASC-nin vitse-prezidenti olub.

Ölkə başçısının Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alaraq imzaladığı 2015-ci il 19 oktyabr tarixli, 1050 nömrəli sərəncama əsasən “Şöhrət” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin.

AzVision.az


Teqlər: Azərenerji   Marlen-Əsgərov  





Xəbər lenti