3 ayda 68 nəfər suda boğularaq ölüb

  15 Sentyabr 2018    Oxunub : 1281
3 ayda 68 nəfər suda boğularaq ölüb
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda çimərlik mövsümü başa çatıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, çimərlik mövsümü başlayandan (15 iyun-15 sentyabr) bu günədək 68 nəfər suda boğularaq ölüb.
İyunun 15-dən iyulun 1-dək 12 nəfər, iyulun 1-dən 31-dək 40 nəfər, avqustun 1-dən 31-dək 15 nəfər, sentyabrın 1-dən 15-dək isə 1 nəfər suda boğulub. Bu müddətdə Abşeronda 5, Sumqayıtda 4, Bakıda 23, Şəmkirdə 6, İmişlidə 1, Hacıqabulda 1, Lənkəranda 3, Zərdabda 1, Yevlaxda 2, Lerikdə 1, Sabirabadda 2, Xaçmazda 7, Mingəçevirdə 3, Ağcabədidə 1, Neftçalada 1, Cəlilabadda 1, Qəbələdə 1, Salyanda 1, Daşkəsəndə 2, Siyəzəndə 1 və Ağdamda 1 nəfər suda batıb.

Qeyd edək ki, 15 iyun-15 sentyabr tarixində Bakı-bulvar, Lənkəran, Corat, Bilgəh, Mingəçevir, Şirvan, Neftçala, Hövsan, Tağıyev, Xaçmaz, Novxanı, Qızılqum, Buzovna, Niyazabad, Türkan, Pirşağı, Qobustan, Nardaran-2, Sahil, Mərdəkan, Zağulba-3 sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 200 nəfər xilas edilib.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Batıb   FHN