“Xəzər Lənkəran” superkuboku qazandı

“Xəzər Lənkəran” superkuboku qazandı
  23 Oktyabr 2013    Oxunub:974
Azərbaycan superkubokunun qalibi bəlli olub.
AzVision.az xəbər verir ki, bu gün baş tutan final oyununda "Neftçi" "Xəzər Lənkəran"la qarşılaşıb.

Derbi Naxçıvanda keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda hesabı lənkəranlılar açıb. Daha sonra rəqibinin azlıqda qalmasından istifadə edən flaqman hesabı bərabərləşdirə bilib.

Qarşılaşmanın 89-cu dəqiqəsində isə Rasim Ramaldanov baş zərbəsi ilə vurduğu qolla komandasına qələbə gətirib - 2:1. Bununla da "Xəzər Lənkəran" tarixində ilk dəfə Azərbaycan superkubokunu qazanıb.

AzVision.az




Teqlər:  





Xəbər lenti