Rza Zərrab Nyu-Yorkda üzə çıxdı - FOTO

Rza Zərrab Nyu-Yorkda üzə çıxdı - FOTO
  12 Sentyabr 2018    Oxunub:3834
İran əsilli iş adamı Rza Zərrabın yeni görüntüləri yayılıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İrana qarşı sanksiyalara əməl etmədiyinə görə ABŞ-da saxlanılan, məhkəmədə şahid qismində dindirilən iş adamı Nyu-Yorkda bir qadınla görüntülənib.
R. Zərrabın Nyu-Yorkun məşhur "Nobu" restoranında suşi yediyi məlum olub. Kameraların onu çəkdiyini görən Zərrab restoranı tərk edib.

Qeyd edək ki, Rza Zərrab iki il əvvəl ABŞ-ın Mayami şəhərində həbs olunub. Milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunub. Onun daha sonra Türkiyə əleyhinə ifadə verdiyi, ABŞ-ın Federal Təhqiqatlar Bürosu ilə əməkdaşlıq etdiyi bildirilir. Bəzi məlumatlarda iş adamının gizli şəkildə həbsxanadan çıxdığı vurğulanır.



AzVision.az


Teqlər: Rza-Zərrab  





Xəbər lenti