“Şəkilləri Lütfi Zadənin oğluna göndərdim, baxmadı” - Professor

“Şəkilləri Lütfi Zadənin oğluna göndərdim, baxmadı” - Professor
  10 Sentyabr 2018    Oxunub:8666
"Lütfi Zadənin qəbirüstü abidəsinin fotolarını sosial şəbəkə vasitəsilə oğlu Normana göndərmişik. Bir həftədir ki, Norman məktubumuza cavab vermir"

Bunu AzVision.az-a açıqlamasında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadəninin qohumu, Mədəniyyət və İncəsənət Universetinin professoru Cənnət Səlimova deyib.
Onun sözlərinə görə, Lütfi Zadənin oğlu atasının qəbirüstü abidəsini bəyənib-bəyənmədiyi haqda fikir bildirməyib: "Məktubumuza heç baxmayıb da. Biz şəkilləri göndərdik. Nə cavab verir, nə də məktubumuzu oxuyur".



Qeyd edək ki, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi olan Lütfi Zadə 2017-ci ilin sentyabr ayında vəfat edib. O, Azərbaycanda dəfn olunmasını vəsiyyət edib. Mərhumun cənazəsi Amerikadan Azərbaycana gətirilərək Fəxri Xiyabanda dəfn olunub.

Bu yaxınlarda onun qəbirüstü abidəsi hazırlanıb.Xalq rəssamı Ömər Eldarovun 100 min manata hazırladığı abidə ilə bağlı fikirlər birmənalı olmayıb. Sosial şəbəkələrdə gedən müzakirələrdə abidənin Lütfi Zadə adına yaraşmadığı, heç bir məna kəsb etmədiyi haqda iradlar səsləndirilib.



Şahanə Rəhimli
AzVision.az



Teqlər: Lütfi-Zadə   Alim  





Xəbər lenti