“Abşeron torpaqları Meriyaya qaytarımalıdır” - Komitədən təklif

“Abşeron torpaqları Meriyaya qaytarımalıdır” - Komitədən təklif
  07 Sentyabr 2018    Oxunub:2107
Bu gün həqiqətən Abşeron rayonun idarəçiliyində olan torpaqların idarə edilməsi ilə bağlı ciddi problemlər mövcuddur. Bunu Abşeronun, digər rayonların icra hakimiyyətləri də, Bakı şəhər İcra Hakimiyyəti də etiraf edir. Qanunla həmin torpaqların idarə edilməsi səlahiyyəti Abşeron rayonundadır.
AzVision.az Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) istinadən xəbər verir ki, bunu qurum yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət agentliyinin direktoru Mohuma Heraçiyev bildirib. Onun sözlərinə görə, Bakının ərazisində yerləşməsinə baxmayaraq, Bakı şəhər İcra Hakimiyyətinin o işlərə qarışmaq səlahiyyəti yoxdur.

"Biz də bu məsələni hökumət strukturları ilə birgə müzakirə etmişik. Düşünürük ki, həmin torpaqlar Bakı şəhər İcra Hakimiyyətinə qaytarımalıdır. Bundan sonra isə ərazilər Bakının bələdiyyələrinə verilməlidir. Bununla da insanlar evlərini, digər əmlaklarını sənədləşdirməlidirlər".

Bakıda və Abşeron rayonu ərazisində əvvəllər kənd təsərrüfatı təyinatlı olan torpaqlarda xeyli sayda fərdi evlər tikilib, uzun illərdir insanlar orada yaşayırlar. Ancaq hələ də öz mülkiyyət hüquqlarını əldə edə bilmirlər. Bu məsələ müzakirə olunurmu? sualına cavabında Dövlət agentliyinin direktoru bildirib: "Bununla bağlı kifayət qədər araşdırmalar aparılıb. Aidiyyati qurumlarla müzakirə edilib. Ən ağır vəziyyət Bakıda Abşeronun rayonunun idarəçiliyində olan torpaqlardadır. Burada böyük yaşayış massivləri formalaşıb və insanlar öz yaşadıqları əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatını apara bilmirlər. Bu da bir çox problemlərlə nəticələnir.

Həmin məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin mövqeyi ondan ibarətdir ki, əgər həmin ərazidə artıq yaşayış məntəqəsi formalaşıbsa, insanlar yaşayırsa, məktəb, uşaq bağçası tikilibsə, yollar çəkilibsə, torpaqların geri qaytarılması iqtisadi cəhətdən səmərə vermirsə, hesab edirik ki, bu torpaqların kateqoriyası dəyişdirilməlidir. Amma bir şərtlə ki, gələcəkdə qanunsuz tikintilərin aparılması, yaşayış massivlərin salınması kimi hallar təkrarlanmasın. Yəqin ki, qısa dövr ərzində həmin torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı addımlar atılacaq."

AzVision.az


Teqlər: ƏMDK   Abşeron  





Xəbər lenti