İnam Kərimov ASK-nın nümayəndə heyəti ilə görüşüb

İnam Kərimov ASK-nın nümayəndə heyəti ilə görüşüb
  05 Sentyabr 2018    Oxunub:2080
Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AzVision.az-a verilən xəbərə görə, konfederasiyanın prezidenti Məmməd Musayev qurumun gördüyü işlər, regionlarda fəaliyyəti, aqrar sahədə mövcud vəziyyət, kənd təsərrüfatı sektorunun inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Assosiasiyaların inkişafında maraqlı olduqlarını deyən ASK prezidenti bu institutların daha da inkişaf etməsi üçün assosiasiya üzvlərinə müxtəlif təlimlər keçiriləcəyini deyib.

Nazir İnam Kərimov nazirliyin assosiasiyalarla əməkdaşlığa önəm verdiyini, bu məqsədlə qurumun tərkibində fermerlər, kooperativlər və assosiasiyalarla iş şöbəsinin yaradıldığını bildirib. Müxtəlif assosiasiyaların üzvləri ilə mütəmadi görüşlər keçirdiyini deyən nazir belə görüşlərin aqrar sahədə mövcud vəziyyətin dəyərləndirilməsi baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə aqrar sektorun inkişafına dair müxtəlif təkliflər müzakirə olunub.

AzVision.az


Teqlər: İnam-Kərimov   ASK  





Xəbər lenti